Modern.az

Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

Şuşadakı abidələrin elektron xəritəsi hazırlanıb

Qarabağ

28 Dekabr 2021, 13:06

Şuşada yerləşən abidələrin elektron xəritəsi hazırlanıb və 46 tarixi abidənin üzərinə məlumat lövhələri quraşdırılıb.

 

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

 

A.Kərimovun sözlərinə görə, Ağdam, Füzuli və Cəbrayılda İşğal və Zəfər muzeyləri yaradılıb.

 

"Eyni zamanda Mədəniyyət Nazirliyi Şuşada Bülbülün ev-muzeyinin bərpasında iştirak edib. "Qarabağa kitabla gedək" layihəsi icra edilib və Qarabağ Kitab Fondu yaradılıb", - nazir qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi