Modern.az

Səngər generalı səngərdə də  şəhid oldu - POLKOVNİK

Səngər generalı səngərdə də  şəhid oldu - POLKOVNİK

Qarabağ

2 Yanvar 2022, 12:44

Bu gün Azərbaycan ordusunun generalı, iyul döyüşləri zaman şəhid olan Polad Həşimovun doğum günüdür. O 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub.

 

Yaşasaydı, 47 yaşını qeyd edəcəkdi xalqın Qəhrəmanı...

 

 

Polad Həşimov ömür boyu Azərbaycan xalqının yaddaşında qəhrəmanlığı ilə iz qoydu. Məhz Polad Həşimovun qisasını almaq üçün Vətən Müharibəsində neçə-neçə oğullarımız könüllü olaraq döyüşə yollandı.

 

Əsgərləri səngər generalının qisasını elə səngərlərdə aldı. 

 

Hərbi ekspert Şair Ramaldanov Polad Həşimov haqqında Modern.az-a danışarkən deyib ki, o, sadə və zəhmətkeş ailədə böyüdüyündən fəaliyyəti boyu da sadəliyini qoruyub saxlayıb: 

 

 

"Polad Həşimov peşəkar zabit idi. Uşaqlıqdan da hərbçi olmaq istəyib. Xidməti dövründə bütün vəzifələrini layiqincə yerinə yetirib. Onun tabeliyində olan şəxsi heyyət Polad Həşimovu çox istəyirdi və bu səmimiyyət qarşılıqlı olub, o,  qayğıkeş komandir idi. Hansı rütbəni daşımasından asılı olmayaraq, öhdəliyində olan şəxsi heyyətlə elə münasibət qururdu ki, rütbə və vəzifəni hiss etsinlər, ancaq insani münasibətlərdə onu hiss etdirmirdi. Hərbidə bu vacib amildir. İnsani münasibət, hörmət olan yerdə isə xidməti vəzifə borclarını yerinə yetirmək qanuni nizamnəmə ilə yox, vicdan təsiri altında olur. Bu hörmət hər komandirə məxsus xüsusiyyət deyil, ancaq Polad Həşimov bu xüsusiyyəti özündə tərbiyələndirmişdi. Sadə, zəhmetkəş bir ailədə böyümüşdü və o, sadəliyi saxlamışdı. Hər kəs onu səngər generalı kimi tanıyıb, vəzifədən asılı olmayaraq, səngərdə şəxsi heyyətinin yanında olub. Bunun həm "Aprel döyüşləri"ndə, həm də Tovuz hadisələrində şahidi olduq".

 


"Əsl səngər generalı səngərdə də şəhid oldu. Polad Həşimov sağlığında necə nümunə idisə, şəhid olduqdan sonra da onun həyatı gənclər, zabitlər və davamçıları üçün nümunə oldu. Vətən müharibəsində də hərbçilərimizin ürəyində bir Polad var idi", - deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi