Modern.az

Ermənilərin xisləti dəyişmir, ordumuz hər an hazır olmalıdır

Ermənilərin xisləti dəyişmir, ordumuz hər an hazır olmalıdır

Qarabağ

14 Yanvar 2022, 13:59

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Ermənistanla bağlı önəmli məqamlara aydınlıq gətirib. Ölkə başçısı qeyd edib ki, Azərbaycan sülh gündəliyini ermənilərə təqdim edib və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürüb. Ermənistan isə ilkin mərhələdə cavab vermirdi, nə hə, nə yox deyirdi. Prezidentin fikrincə, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur.

 

Dövlət başçısı onu da deyib ki, istər müharibə, istər keçmiş Qarabağ münaqişəsinin həlli, istərsə də gələcəklə bağlı siyasətimiz tam aydındır. “Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

 

Ermənistanın sülh prosesini pozması və Azərbaycanın bu zaman atacağı addımlar haqqında Modern.az-a danışan politoloq Tofiq Abbasov düşünür ki, məğlubiyyətə düçar olsalar belə, ermənilərin xisləti dəyişməyib:

 

“Tarixə nəzər saldıqda görürük ki, ermənilərin Qafqaza köçürüldüyü 200-ə yaxın ildir və bu illər ərzində həmin xalqın davranışında heç nə dəyişməyib. Onlar sözün əsl mənasında, naxələf, təxribatyönlü, qan tökmək istəyi ilə yaşayan etnosdur. Uzun müddət dözdük və nəhayət həqiqət anı 2020-ci ildə gəldi çatdı. Sübut etdik ki, biz türklər ermənilərə qarşı mülayim davranış sərgiləyiriksə, bu, zəifliyimizin göstəricisi deyil. Əksinə dözümlülüyümüzün nəticəsidir. Bunu anlamadıqlarına görə, Azərbaycan Ordusu onları yerində oturtdu.

Mən Vətən müharibəsini ikinci müharibə deyil, uzun sürən Azərbaycan-Ermənistan müharibəsi sayıram. Uzun illərdir, ermənilər təkcə Qarabağa deyil, başqa bölgələrimizə - Naxçıvana, Gəncəyə az qala bütün Azərbaycana iddia edirlər. Uzun sürən müharibə Azərbaycanın qələbəsi ilə yekunlaşdıqdan sonra belə, Azərbaycan ordu hazırlığına, qoşun quruculuğuna bütün gücü ilə davam edir. Çünki ermənilərin xislətinə bələdik. Ermənilərdən istifadə edərək, regiondakı sabitliyi pozmağa çalışan qüvvələr də həmişə var. Ona görə, güvəndiyimiz yalnız özümüzük, Ali Baş Komandanımızdır. Ermənistan bu iddialarına davam etsə, vaxtında susdurmağa nail olmalıyıq.

Bizim üçün vacib olan budur ki, hərbi potensialımız, gücümüz hər zaman lazımi səviyyədə olsun. İstənilən təxribatda Ermənistana layiqli cavab verək. Ermənilər öz xislətindən əl çəkən deyil. Ona görə, istənilən sülh müqaviləsi Ermənistan üçün kağız parçası ola bilər. Biz hərbi gücümüzlə ədaləti təmin etməyə həmişə hazır olmalıyıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu