Bakıdan Şuşa şəhərinə Bakı-Şuşa- Bakı sərnişin avtobusu yola düşüb.
Modern.az-ın məlumatına görə, ilk sərnişin marşrutu Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Şuşa istiqamətinə hərəkətə başlayıb.
İlk olaraq Şuşaya 2 marşrut avtobusu xəttə buraxılıb.
Şuşa ilə yanaşı Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Ağdam -Bakı marşrutları da start götürüb.
Xatırladaq ki, Bakıdan azad olunan ərazilərə avtobus reysləri həftə ərzində cədvəl üzrə hərəkət edəcək.
Qeyd edək ki, işğaldan azad edilmiş bölgələrə səfər qiymətləri bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla aşağıdakı kimidir:
- Bakı-Şuşa - 10.40 AZN;
- Bakı-Ağdam - 9.40 AZN;
- Əhmədbəyli-Şuşa - 7 AZN;
- Bərdə-Ağdam- 5 AZN;
- Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN.