İşğaldan azad edilmiş ərazilərdə ikinci “Ağıllı kənd” Füzulidə inşa olunacaq.
Modern.az xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən “Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığın rolu” mövzusunda konfransda bildirib.
İ.Qədimovanın sözlərinə görə, hazırda Füzuli rayonunun Dövlətyarlı kəndində 2-ci “Ağıllı kənd”in inşasına hazırlıq işləri gedir.