Modern.az

Gənclər və idman naziri 52 gənclər təşkilatına pul ayırdı - SİYAHI

Gənclər və idman naziri 52 gənclər təşkilatına pul ayırdı - SİYAHI

Qarabağ

30 Dekabr 2012, 13:26

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci ilin sentyabr ayının 11-dən oktyabr ayının 11-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə 80 təşkilat layihə təqdim edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 8 təşkilat gənclər təşkilatı olmadığı üçün onların layihələrinə baxılmayıb. 72 gənclər təşkilatının layihələri təhlil edildikdən sonra 52 layihənin maliyyələşdirilməsinə qərar verilib.  Ümumulikdə 52 gənclər təşkilatının layihəsinə 965.940 (doqquz yüz altmış beş min doqquz yüz qırx) manat məbləğində maliyyə vəsaiti ayrılıb. Bu layihələrin icrası 2013-cü ilin yanvar ayından başlayacaq.

Elektron xidmətlərin tətbiqi ilə əlaqədar olaraq, ilk dəfə olaraq layihə və ona əlavə edilmiş sənədlər PDF və word formatda qəbul edilib.

Gənclər təşkilatının adı

 

Layihənin adı

 

“Bakı Gənclər Klubu” İctimai Birliyi

 

Qəhrəmanlar unudulmasın

 

“Odlar Yurdu” Gənclər İctimai Birliyi

 

Keçmişini öyrən gələcəyini qur

 

Uşaq və  Gənclərin Xeyriyyə Fondu

İnformasiya müharibəsində həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində gənclərin təşəbbüslərinin artırılması

 

“Gələcəyə İnamlı Gənclər” İctimai Birliyi

Dini qavrayış və qarşılıqlı anlaşma tədris kursları

 

“Nur” Uşaq və Gənclərin İctimai Birliyi

Kiber gənclər

 

“Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyəti” İctimai Birliyi

Gənc Alimlərin II Respublika Elm Festivalı

 

“Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi

Dəyərlərimizə hörmətlə

 

“Gəncliyin Elmi Mədəni” İnkişafı İctimai Birliyi

Bir bayraq altında

 

“Dünya Gənclər Alyansı” İctimai Birliyi

Müstəqilliyimiz Əbədidir, Daimidir, Dönməzdir

 

 "Gənclərin Töhfəsi Ictimai Birliyi"

Ictimai yerlərdə əyani vasitələrlə dövlət rəmzələrinin təbliği işi

 

Gənc Vətənpərvərlər Birliyi

Ümumi,orta və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsiylə dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər

 

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi

Tələbələr arasında dövlət rəmzlərinin təbliği

 

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi

Azərbaycani Tanı, Sev, Qoru, Yaşat!

 

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Sərhəd rayonlarında fəaliyyət göstərən gənclər toplumlarında vətənpərvərlik tərbiyəsinin güclənirilməsi

 

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı

İstedadlı gənclərin vətənpərvərlik çağrışları

 

“Uğurlu Gələcək” İctimai Birliyi

Regionlarda peşə təhsili üzrə məsləhət xidmətinin yaradılması

 

“Gənclər Arasında Mübadilə” İctimai Birliyi

Karyera emalatxanaları

 

Gənc Mühasiblər Birliyi

Regionlarda təhsil imknaları olmayan gənclər üçün müxtəlif sahələr üzrə peşə təlimlərinin təşkili

 

“Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” Ictimai Birliyi

Yeniyetmə və gənclərin peşə seçiminə kömək və müasir peşəyönümlü xidmətlər

 

“Demokratik Gənclər” Ictimai Birliyi

"Peşələri məsafədən seçək" distant məlumat məsləhət xidmətinin yaradılması

 

“Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi

Məcburi köçkün gənclərin karyera quruculuğunun və peşəkarlığının inkişafı

 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı

Gənclərin rəqəmsal inkişafı-internet jurnalistika üzrə maarifləndirmə

 

“İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi

İnternet medianın etik qaydaları

 

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi

Gənc baxış internet jurnalistikası

 

Azərbaycan Maarifçi Gənclər Təşkilatı

İnternet jurnalistika klubunun yaradılması

 

Yeni Yazarlar və Sənətçilər Qurumu

Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət

 

Gənclər Təşkilatları Milli Şurası

Xətdə gənclərin sosial şəbəkə və İKT layihəsi

 

“Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi

Gənclər arasında internet jurnalistikasının və bloqerlik fəaliyyətinin inkişafına yardım

 

“Təkan” Tələbə Gənclərin İctimai Birliyi

ali təhsil müəssisələrində jurnalistika üzrə təhsil alan 1-ci kurs tələbələri üçün PR və jurnalistika üzrə təlim düşərgəsinin təşkili

 

“Gənc Sahibkarlar Klubu” İctimai Birliyi

Kimsəsiz uşaqlar üçün peşə kurslarının təşkili

 

“Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi

Kimsəsiz və aztəminatlı gənclərin məşğulluğuna kömək

 

“Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi

Beyləqanda və Beyləqan ərazisində salınmış məcburi köçkün qəsəbələrində zəif, unudulmuş qruplardan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi məqsədilə gənc könüllülər şəbəkəsinin yaradılması

 

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi

Step İn! Gənclərin könüllülük layihəsi

 

Azərbaycan Könüllülər İctimai Birliyi

Azərbyacan Gənclərinin I Könüllülük Formu

 

“Avropa Tələbələr Forumu – Sumqayıt” İctimai Birliyi

Gənclər üçün könüllülük düşərgəsi

 

“Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyi

Azərbaycanda könüllü hərəkatının inkişafına doğru: gənclər üçün beynəlxalq təlim düşərgəsinin təşkili

 

Azərbaycan Gənclər İttifaqı

Gənclər arasında sosial işin təşkilinin təbliği

 

“Rezonans” Gənclərin İctimai Birliyi

Təmənassız kömək-insanlığın yeganə təzahürüdür

 

“Gənclər Turizmi” İctimai Birliyi

Fəal vətəndaşlıq: könüllülüyə yeni baxış-könüllülük məktəbi

 

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai Birliyi

Regionlarda gənc könüllülər klubunun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi I mərhələ

 

“Gənc Novatorlar” Gənclərin Maarifləndirliməsi İctimai Birliyi

Şimal-qərb regionunda gəncləri könüllü fəaliyyətə həvəsləndirmə proqramı

 

“Üfüq” Gənclərin Inkişafı Naminə Ictimai Birliyi

"Mən idmanı seçirəm!" devizi alında regionlarda gənclər arasında sağlam həyat tərzinin geniş təbliğ edilməsi idman festivallarının keçirilməsi

 

“Sağlam Düşüncə” Gənclər Təşkilatı

Gənclərin sağlam həyat tərzinin formalaşmasında sağlam qida və idmanın rolu

 

“Uşaq və Gənclərin Tərəqqi Mərkəzi" Ictimai Birliyi

İdman  sağlamlığın rəmzidir  -  gənclərin sağlam həyat  tərzininin  təbliği

 

“Gənc Hüquqşünas Qadınlar Hüquqi İslahatlar Uğrunda”  İctimai Birliyi

Cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası işinin təşkili

 

“Gənclərin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi

Cəzaçəkmə müəssələrindən azad olan gənclərin sosial reabilitasiyasına dəstək

 

“Şərqi Avropada Təhsil Alan Tələbə və Məzunlar” İctimai Birliyi

Azərbaycanı interaktiv ziyarət et.

 

Dünya Türk Gəncləri Birliyi

I Avrasiya Gənc Jurnalistlər Zirvəsi

 

“Xarici Ölkələrdə Təhisl Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyi

Azərbaycanı kəşf et

 

“Sağlam Gəncliyə” Doğru İctimai Birliyi

Gənclər Fəaliyyətdə 3.1 təlimi

 

“Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

Gənclərin beynəlxalq əməkdaşlığı üzrə dəstək mərkəzinin yaradılması

 

“Avropa Tələbələr Forumu -  Bakı” İctimai Birliyi

Qafqaz dağlarını Fəth Et -  Qış Universiteti

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu