Modern.az

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan QALDIRILDI

Qarabağa ildə bir dəfə səfər etmək məhdudiyyəti aradan QALDIRILDI

31 Yanvar 2022, 11:50

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb.

 

Bu barədə Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

 

Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

 

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi