Modern.az

Həlak olan baş leytenanta şəhid statusu VERİLDİ

Həlak olan baş leytenanta şəhid statusu VERİLDİ

1 Fevral 2022, 11:30

Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

“Qanunvericiliyə əsasən, Kəlbəcərdə həlak olan hərbi qulluqçularımıza şəhid statusu verilib", - məlumatda qeyd edilib.

 

Xatırladaq ki, Fuad Bağırov yanvarın 29-da 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb. Aparılan axtarışlar zamanı həmin gün kiçik çavuş Hüseynov Cavid Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu sağ tapılıb, hərbi hospitala yerləşdirilib. Davam edən axtarışlar zamanı baş leytenant F.Bağırovun nəşi ötən gün tapılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi