Qarabağdakı separatçılar arasında “liderlik” uğrunda mübarizə qızışır.
Modern.az “Hraparak”a istinadən xəbər verir ki, II Qarabağ Müharibəsindəki məğlubiyyətdən sonra separatçıların rəhbərliyindən gedəcəyinə söz vermiş Arayik Arutyunyan vədinə xilaf çıxaraq, tərəfdarlarına bildirib ki, “siyasətdən getməyəcək”.
Arayikin bu bəyanatı Qarabağ separatçıları arasında ona müxalif olanların narazılığı ilə qarşılanıb.
“Hraparak” yazır ki, Arayik Arutyunyan ətrafında çevrə yenidən daralıb. Belə ki, əvəllər separatçılara rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyanın yenidən hərəkətə keçdiyi bildirilir. Onların separatçılar arasında Arayik Arutyunyana qarşı qüvvə formalaşdırdıqları barədə məlumatlar yayılıb.