Modern.az

Arayik Xankəndidəki mitinqə icazə vermədi

Arayik Xankəndidəki mitinqə icazə vermədi

Qarabağ

15 Fevral 2022, 10:50

Xankəndidə Qarabağ ermənilərinin separatçılıq hərəkatının “34-cü ildönümü”nə həsr olunmuş mitinq baş tutmayacaq.

Modern.az “Hraparak”a istinadən xəbər verir ki, fevralın 20-nə planlaşdırılan aksiyaya Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan icazə verməyib.

Qəzetin məlumata görə, qadağaya səbəb Arayik Arutyunyanın mitinqin onun istefasını tələb edən hərəkata çevriləcəyindən qorxması olub.

Məlumata görə, dünən belə razılıq əldə olunub ki, mitinq “qeyri-hökumət təşkilatları” səviyyəsində təşkil olunsun və heç bir siyasi qüvvə mitinqin təşkilinə və keçirilməsinə qarışmasın, siyasi çıxışlar olmasın. Lakin Arayik Arutyunyan buna qarşı çıxıb.

Arayikin tərəfdarları yığıncağın qadağan edilməsinin səbəbini koronavirusa yoluxma hallarının sayının artması ilə əlaqələndirsələr də, ona müxalif olanlar bununla razılaşmayıblar.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi