Modern.az

Paşinyan Makronla Qarabağı müzakirə etdi

Paşinyan Makronla Qarabağı müzakirə etdi

Qarabağ

1 Mart 2022, 12:33

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Parisdə qarşıdan gələn Ermənistan-Fransa əməkdaşlıq forumunun keçirilməsinə və liderlərin qarşıdakı görüşünün gündəliyində duran məsələlərə toxunublar.
 

Paşinyan və Makron Qarabağ ətrafındakı vəziyyəti, eləcə də Cənubi
Qafqazda təhlükəsizlik və sabitlik məsələlərini müzakirə ediblər.
 

Tərəflər beynəlxalq aləmdə baş verən proseslərlə bağlı da fikir mübadiləsi aparıblar.
 

Bundan əvvəl Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Jan-Batist Lemuan məlumat vermişdi ki, Fransa prezidentinin himayəsi altında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş “Ambsiyalar: Fransa-Ermənistan” forumu keçiriləcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi