Modern.az

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə yeni sədr seçilib

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə yeni sədr seçilib

Qarabağ

28 Yanvar 2013, 11:33

Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri gənc və peşəkar hüquqşünas Fərhad Vəliyev seçilib. Həmçinin, qurumun 11 nəfərdən ibarət İdarə Heyəti də seçilib və formalaşdırılıb. Bu barədə Modern.az-a Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti məlumat verib.

Qurumun sabiq rəhbəri Elmari Məmişov yeni sədri təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. E.Məmişov Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin yeni sədri Fərhad Vəliyev tərəfindən bu təşkilatın inkişafındakı xidmətlərinə görə diplomla təltif edilib.

F.Vəliyev təşkilatın bundan sonrakı fəaliyyətində də dinamik inkişaf tendensiyasının qorunub, saxlanılacağını vurğulayıb.

Təşkilatın əvvəlki sədri Elmari Məmişov isə bundan sonrakı fəaliyyətini Azərbaycan Hüquqşünasları Konfederasiyasının tərəfdaşları ilə birgə USAİD-in dəstəyilə icra etdiyi Azərbaycan Hüquqlar Konsersiumu layihəsinin direktoru kimi davam etdirəcək.

Qeyd edək ki, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi 1999-cu ilin mart ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən dövlət qeyduyyatına alınıb. AGHB qeyri-hökumət, qeyri-kommersiya, müstəqil gənclər qurumudur.

Modern.az
Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu