Modern.az

Hikmət Hacıyev BMT rəsmilərilə Qarabağı müzakirə etdi

Hikmət Hacıyev BMT rəsmilərilə Qarabağı müzakirə etdi

Qarabağ

18 Mart 2022, 07:50

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə UNEP-in azad olunmuş ərazilərə missiyasını müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev öz rəsmi "Twitter" hesabında bildirib.

 

"BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə Regional Nümayəndəliyinin direktoru Bruno Pozzi ilə ekoloji vəziyyəti qiymətləndirmək üçün UNEP-in işğaldan azad edilmiş torpaqlara, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Şuşaya missiyasını müzakirə etdik. Ermənistanın 30 il davam etmiş hərbi işğalı böyük ekoloji ziyanla müşayiət olunub", - paylaşımda bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi