Xarici İşlər Nazirliyi (XİN) Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.
Modern.az-ın məlumatına görə, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.
"Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin", - XİN rəsmisi vurğulayıb.