"27 mart Dünya Teatr Günüdür. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açıb".
Modern.az xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
"Qarabağda erməni vandalizminə məruz qalan teatrlarımız tezliklə yenidən fəaliyyətə başlayacaq", - deyə o qeyd edib.