Modern.az

30 jurnalist Qusara gedir

30 jurnalist Qusara gedir

Qarabağ

31 Yanvar 2013, 13:24

Azərbaycanda bir qrup jurnalistin təmsil olunduğu “Mətbuat qeyri-rəsmi” Qrupu (MQR) missiyasını davam etdirərək media nümayəndələrinin növbəti gəzintisini təşkil edir. MQR-dan verilən məlumata görə bu dəfə qış gəzintisi Azərbaycanın turizm bölgələrindən olan Qusarda baş tutacaq.

Fevralın 16-17-də baş tutacaq səfər çərçivəsində jurnalistlər Qusarın maraqlı yerləri, o cümlədən yeni istifadəyə verilən Şahdağ Qış-Yay turizm kompleksi ilə tanış olacaq, onlar üçün dağlar üzərində xizək və kanatlar ilə gəzinti təşkil olunacaq. Eyni zamanda həmişə olduğu kimi, jurnalistləri səfər çərçivəsində maraqlı əyləncə, rəqslər və bir sözlə maraqlı qış istirahəti gözləyir. Səfər jurnalistlərin özlərinin şəxsi hesabına maliyyələşir.

Bu barədə Modern.az saytına qurumun təsisçilərindən olan Mübariz Aslanov məlumat verib.

Səfərdə iştirak edəcək jurnalistlər siyahısına “Xəzər” TV, ANS, İctimai TV, AzTV, ATV, “Səs” TV, APA, “Trend” İnformasiya Agentlikləri, Lent.az, Qafqazinfo.az, Modern.az, Mediaforum.az, Publika.az saytları, “Gündəlik teleqraf” və digər qəzetlərin əməkdaşları daxildir. Bundan başqa müstəqil yazarlar və jurnalistlər də iştirak edirlər.

Qeyd edək ki, jurnalistlərdən Murad Əliyev (“Trend”), Mübariz Aslanov (APA) və Yelena Sidorenkonun (“Xəzər” TV) təsisçiliyi ilə yaradılan “Mətbuat qeyri-rəsmi” Qrupunun əsası 2012-ci ilin ilin yay aylarında sosial şəbəkələrdə media nümayəndələrinin istirahətinin təşkili məqsədilə təşəbbüs formasında qoyulub (//www.facebook.com/groups/metbuat.q.r/). Sonralar bu təşəbbüsün jurnalistlərin arasında geniş rezonans yaratması nəticəsində qrup fəaliyyətini adına uyğun qeyri-rəsmi formada bir qədər genişləndirib: mütəmadi olaraq Azərbaycanın, eləcə də xarici ölkələrin maraqlı bölgələri ilə Azərbaycan jurnalistlərinin tanışlığı məqsədini qarşıya qoyub. Bura eyni zamanda jurnalistlərin işdən sonra peşə fəaliyyətində təcrübə mübadiləsi, dünya ölkələri jurnalistləri ilə sıx peşə əməkdaşlığı, təcrübə mübadiləsi, eyni zamanda jurnalistlərin kollektiv istirahəti də daxildir.

Qrupun Təşkilat Komitəsi mövcuddur və bura təsisçi jurnalistlər Mübariz Aslanov və Murad Əliyev daxildir. Hazırda Qrupun Azərbaycan və Türkiyə mətbuatı da daxil olmaqla 250-dən çox üzvü var.


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu