Modern.az

TURKSOY-un Baş Katibindən Şuşa açıqlaması

TURKSOY-un Baş Katibindən Şuşa açıqlaması

3 Aprel 2022, 13:15

Mən özüm iki dəfə Şuşada olmuşam, oranı gəzmişəm və oradakı gözəlliyə bələdəm. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. Eyni zamanda, Şuşa insanlar üçün mədəniyyət qaynağıdır. Biz bu şəhərdə daha çox tədbirlər təşkil edəcəyik, çünki hər bir türkün ürəyində Şuşa sevgisi var.

 

Modern.az xəbər verir ki, bu fikirləri AzərTAc-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRSKOY) Baş katibi Sultan Rayevl ifadə edib.

 

Şuşa təəssüratlarını, işğal dövründə orada yaranmış acınacaqlı vəziyyət barədə fikirlərini bölüşən Baş katib deyib: “Mən axırıncı dəfə Şuşada olanda orada çox görkəmli şəxsiyyətlərin heykəllərini gördüm. Heykəllərin bu cür vəziyyətə salınmasını gördükdə çox pis oldum. Ona görə də əvvəlcə biz şəhərin özünü bərpa etməliyik. Əgər biz bu şəhəri yenidən qursaq, eyni zamanda öz türklüyümüzü, türk dəyərlərini bərpa etmiş olacağıq. Biz Şuşanın bərpasına hərtərəfli kömək göstərəcəyik və onun inkişafını dəstəkləyəcəyik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi