İsrailin “Symba Group” şirkətinin nümayəndələri Ağdama səfər ediblər.
Modern.az xəbər verir ki, israilli qonaqlar əvvəlcə Cümə məscidi, İmarət kompleksi və erməni vandalizmi nəticəsində dağıdılmış digər abidələrlə tanış olublar. Daha sonra onlara Ağdamda aparılan yenidənqurma işləri barədə məlumat verilib.
Qeyd edək ki, “Symba Group” ötən əsrin 50-ci illərində yaradılmış tikinti şirkətidir.