Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirədə Ermənistana son dəfə xəbərdarlıq etdi. Zəngəzur dəhlizinin açılması məsələsinə toxunan dövlət başçısı bildirdi ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz.
"Ermənistanın inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz və onların 30 illik işğalçılıq siyasəti onların özlərinə baha başa gəldi. Onlar real müstəqil ölkə olmaq şansını itirmişlər. Biz isə 30 il ərzində, - baxmayaraq ki, torpaqlarımız işğal altında idi, - tam siyasi və iqtisadi müstəqilliyə nail olmuşduq. Ona görə bu gün inamla və qürurla öz sözümüzü bütün kürsülərdə deyirik. Ona görə Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək. İnkişaf üçün də, bir daha demək istəyirəm ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə əlaqələr beynəlxalq hüquq norma və prinsiplər əsasında normallaşmalıdır", - Prezident çıxışında qeyd etdi.
Ermənistan ona verilən son şansı necə qiymətləndirəcək?
Bununla bağlı Modern.az-a danışan politoloq Tofiq Abbasov hesab edir ki, İrəvan artıq öz seçimini etməli və buna uyğun davranmalıdır.
Politoloqun sözlərinə görə, əgər Ermənistanın əlində işlək mexanizm olsaydı, Azərbaycan heç vaxt sülhə razılaşmazdı:
"Biz qonşularımızın kim və nə olduğuna görə xülyalara dalmırıq. Bilirik ki, bunlar açıq düşmən və məkrli qonşudurlar", -deyən politoloq bildirib ki, Azərbaycan Ermənistanı acınacaqlı durumdan xilas etmək üçün bu ölkəyə yenidən şans verir, İrəvan bu fürsəti əldən versə, erməni xalqı faciəli günlər yaşamalı olacaq.
"Müharibədə qalib gələn tərəf yerə yıxılmış işğalçıya şans verir ki, ayağa qalx, özünə, xalqına yazığın gəlsin və başına çarə qıl. Unikal hadisədir, ona görə ki, Azərbaycan bütün variantlardan istifadə etdi və Ermənistana şans verdi. Ermənilər yəqin ki, bunu bizim zəifliyimiz kimi qəbul edirlər. Ancaq biz onlara kim olduğumuzu əyani şəkildə sübut etdik. Dəmir yumruqla onların başını əzdik. Faşizmin kökünü kəsdik. Ermənilərin Qarabağda revanşizm meyillərini oyandırmasına da heç bir şans buraxmamışıq".
Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizi ermənilərin əlindəki son kartdır:
"Ermənilər bunu normal şəkildə istifadə etmək əvəzinə dedilər ki, biz bu dəhilizi sizə versək, Mehri tərəfdən bizə nə verəcəksiniz. Azərbaycan bunu da təmkinlə qarşıladı. Məkrli qonşunun bütün oyunlarına elə bir cavab tapdı ki, onu tərki-silah etdi. İndi Ermənistanın bir dövlət kimi Azərbaycana təsir imkanı minimuma yox, sıfıra bərabərdir. Ona görə də, Prezident tədbirdə dedi ki, sonuncu dəfə bu təklifi edirik. Qəbul etmək istəyirsizə qəbul edin, qəbul etmək istəmirsizsə, özünüz bilərsiniz. Onsuz da biz sizin iştirakınız olmadan işləri görmüşük. Avropaya, digər ölkələrə öz mallarımızı ixrac edirik. Sizdən fərqli olaraq bizim iqtisadiyyatımız işlək formadadır. Əgər son fürsətdən yararlanmaq istəməsələr, daha heç bir şans verməyəcəyik. Seçim artıq Ermənistanın öz ixtiyarındadır".
T.Abbasovun fikrincə, Ermənistana verilən son şans bu ölkənin havadarlarına xəbərdarlıq kimi qiymətləndirilməlidir:
"Bunu dünya birliyi də görür, Ermənistana havadarlıq edən qüvvələr də görür ki, Azərbaycan özünü centilmen, alicənab tərzdə ifadə edir. Düşmən siyasətindən uzaq durur. Ermənilər o qədər cılız, abırsız millətdirlər ki, yenə də əlləri yalın ola-ola bizə təsir etməyə çalışırlar. İstəyirlər ki, maraqlarımıza zərbə endirsinlər. Bizim etdiklərimizi anlamırlar. Çünki bunlar insani keyfiyyətlərdən bixəbərdirlər. Bunların xisləti dağıdıcı, vəhşi məxluqların xislətidir. Bunlar əslində xalq, toplum deyil, bioloji kütlədirlər. Sıralarında az-çox şüuru olan, bacarığı olan, baş verən proseslərin məğzini bilənlər də ölkəni tərk edib gedib. Qarabağdan da az-çox normal ermənilər artıq qaçıb gediblər. Buna baxmayaraq, İrəvan qondarma separatçı qüvvələrə dəstək adı altında Amerikadan, digər ölkələrdən maliyyə köməyi almağa çalışır. Ancaq onların bu davranışlarının gələcəyi yoxdur. Azərbaycan öz işini görür, lazım olan prosesləri həyata keçirir. Azərbaycan dövləti güclüdür".
Politoloq düşünür ki, Ermənistanda vəziyyətə real yanaşan şəxslər az da olsa var:
"Məndə belə bir təəssürat var ki, XİN başçısı Ararat Mirzoyan bu qəbildən olan biridir. Çünki o, praqmatik yanaşma nümayiş etdirir. Onların içərisində belə adamlar var. İlk növbədə onlar dedilər ki, Azərbaycanın təklif etdiyi beş şərt bizə qismən imkanlar verir, biz onları qəbul edirik. Ancaq ortada əmma var idi. Əmma isə qarşıdakı Brüssel görüşü və Mirzoyanla Lavrov görüşü idi. Ancaq burada ermənilərin heç bir uğurlu gedişi olmadı. Lavrov etiraf etdi ki, Minsk qrupu artıq ölü mexanizmdir, ondan heç nə gözləmək olmaz. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel isə bildirdi ki, Azərbaycanın planı üzrə işlər təmin olunmalıdır. Yəni onların son ümidləri də puça çıxdı. Odur ki, ermənilərin bir yolu qalıb, bu da Azərbaycanın təkliflərini qəbul etməkdir".