Modern.az

QHT Şurası Heydər Əliyevlə bağlı yazı müsabiqəsi elan etdi

QHT Şurası Heydər Əliyevlə bağlı yazı müsabiqəsi elan etdi

11 Fevral 2013, 14:48

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsi elan edib.
Şuradan Modern.az-a bildirilib ki, qurum Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın ictimai xadim, yazıçı, publisist və jurnalistlərini Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar beynəlxalq yazı müsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqə yazıları Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyanın aparıcı çap mətbuatında Heydər Əliyev şəxsiyyəti və onun beynəlxalq ictimai-siyasi fəaliyyəti, həmin ölkələrlə Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin yaradılmasındakı rolu haqqında mövzuları əhatə etməlidir.

Müsabiqə çərçivəsində yazılar 15 fevral – 31 mart 2013-cü il tarixədək həmin ölkələrdəki Azərbaycan səfirliklərinə təqdim edilməlidir.

Hər bir ölkə üzrə ən yaxşı sayılan 1 məqalə mükafatlandırılacaq. Hər bir mükafatın məbləği 3000 (üç min) avrodur.

Qaliblərin mükafatlandırılması 2013-cü ilin may ayının birinci ongünlüyündə Bakıda həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu