Şuşanın Daşaltı kəndində turizm mərkəzi tikiləcək.
Modern.az xəbər verir ki, bunu Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində çıxış edən Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
A.Kərimov deyib ki, Şuşanın girişində, Daşaltıda olan turizm kompleksləri mümkün qədər sürətlə tikilərək istifadəyə veriləcək.
Onun sözlərinə görə, bu komplekslər Şuşanın turizm potensialını daha da artıracaq.
Bundan əlavə, A.Kərimov diaspor nümayəndələrinə çağırış edərək beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsi işində fəal olmağa səsləyib.