Modern.az

Sülh müqaviləsi üçün nümayəndə heyəti müəyyən edildi

Sülh müqaviləsi üçün nümayəndə heyəti müəyyən edildi

23 Aprel 2022, 19:20

Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan tərəfi Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib və qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

 

Dövlətimizin başçısı, həmçinin sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.

 

Həmçinin oxuyun:

Şarl Mişel İlham Əliyevə ZƏNG ETDİ

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi