Modern.az

QHT-nin qeydiyyatı “vahid pəncərə” sistemi ilə mümkündürmü?

QHT-nin qeydiyyatı “vahid pəncərə” sistemi ilə mümkündürmü?

Qarabağ

13 Fevral 2013, 10:44

İctimai təşkilat yaratmaq istəyən  bir çox insanlar bu gün düşünür ki, QHT-nin  qeydiyyat  sisteminin sadələşdirilməsi zəruridir. Ümumiyyətlə, qeydiyyat məsələsilə ilə bağlı müxtəlif  ziddiyyətli  fikirlər səslənir. Vaxtilə kommersiya qurumlarının da qeydiyyatı böyük bir proses idi. Şirkət yaratmaq üçün  xeyli əngəllər var idi. Hal-hazırda isə şirkət yaratmaq istəyən istənilən  şəxs  çox qısa müddətdə Vergilər Nazirliyinin müvafiq strukturlarında qeydiyyatdan keçib lazımı sənədləri əldə edə bilər. Sahibkarlıq subyektlərinin yaradılması baxımından“vahid pəncərə” sistemi uğurlu addımdır. 

Bu vahid pəncərə sistemini QHT-lərə şamil etmək olarmı?

Təbii ki, buna birmənalı  cavab vermək çətindir. İlk öncə ondan başlayaq ki, sahibkarlıq subyektləri gəlir gətirən sahədir.  Bir sözlə  kommersiya qurumu çox çalşacaq, işini yaxşı quracaq və yaxşıda para qazanacaq. QHT-də isə vəziyyət fərqlidir. İctimai təşkilatlar movcud qanunlarda  göstərildiyi kimi üzvlük haqqları, müxtəlif qrant vəsaitləri və s. hesabına formalaşıb fəaliyyət  göstərən qurumlardur.  Nəzərə alsaq ki, QHT-lərin maliyyə çevrələri  o qədər geniş deyil. Məhz belə məqamda QHT-lər  “vahid pəncərə” sistemi ilə qeydiyyatdan keçəcək.

Bəs bunun nəticəsi necə ola bilər?

Bu çox xoşagələməz  tendensiyalara yol aça bilər. Təbii ki, mənim fikirlərimlə ola  bilər kimlərsə  razılaşmasın. Mən buna çox normal yanaşıram. Hazırda Azərbaycanda  rəsmi qeydiyyatdan keçən qht-lər 3 mindən çoxdursa, yeni sistemin tətbiqi nəticəsində  bu rəqəm  bir neçə ilə  10-15 minə çatacaq. QHT-nin fəlsəfəsi  və mahiyyəti haqqında  heç bir anlayışı olmayan bəzi insanlar QHT yaratmaq iddiasına düşəcək. Bu işdə  heç kimə qadağa qoymaq olmaz. Nəticədə QHT bumu yarana bilər.

Necə ki, vaxtılə qəzetlərin qeydiyyat proseduru tamamilə sadələşdirildi. Sonda mətbuat üçün başağrısına çevrilən qəzet bumu yarandı. Bu da qəzetçiliyin və  müasir jurnalistikanın hörmətdən düşməsinin səbəblərindən biri idi. Azərbaycandakı ifrat qəzet bolluğundan  cəmiyyəti və medianı xilas etmək  nə qədər ağrılı məsələyə çevrildi. Deməli, QHT-nin qeydiyyat məsələsini   “İctimai Birliklər və  Fondlar haqqında” Azərbaycan Respublikasının mövcud qanunu ilə həll etmək mümkündür. Ola bilər həmin qanun  yenidən təkmilləşsin.

Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi isə problem olaraq qalmaqdadır. Mənim fikrimcə,  əsas bu məqamlar üzərində düşünmək lazımdır. AR Prezidenti yanında QHT-yə  Dövlət Dəstəyi Şurası son dövrlər Azərbaycan Respublikası  Qeyri-Hökumət Təşkilatlarının inkişafına dair Milli Fəaliyyət Proqramını  (2013-2018-ci illər üçün) müzakirəyə təqdim etmişdi. Həmin sənədi vətəndaş cəmiyyətinin təmərküzləşməsi, ən azından  QHT-nin  maliyyə çevrəsinin  genişlənməsi baxımından müsbət dəyərləndirmək olar.

Ancaq bu gün  QHT-nin   maliyyə  çevrəsini genişləndirmək üçün kifayət qədər imkanlar var.

Təbii olaraq bu yerdə  sual yaranır. Hansı səbəbdən  müxtəlif dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlığa cəlb olunmasın? Cəmiyyətimizin inkişafı üçün zəruri olan layihələrin icrasına həmin qurumlar tərəfindən maliyyə dəstəyi göstərilməsin? 

Biz bu məqsədlə  bir çox nazirliklərə, özəl şirkətlərə  məktubla müraciət etmişik. Cavab məktubunda rəsmi dövlət orqanları  bildiriblər ki, biz qrant verən qurum deyilik, ona görə də belə təklifləri müsbət cavablandıra bilməyəcəyik. Göründüyü kimi qanunlarda da müəyyən boşluqlar var. Ona  görə də Qeyri-Hökumət Təşkilatlarının inkişafına dair Milli Fəaliyyət Proqramında və digər sənədlərdə həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti  açıq  şəkildə göstərilməlidir.

Onu nəzərə almaq lazımdır ki,  dünyada  QHT-lərlə dövlət qurumları  arasında çox zəngin təcrübə var. Bu gün Avropanın bir çox ölkəsində o cümlədən Xorvatiyada yalnız bi neçə nazirlik istisna olmaqla qalan dövlət qurumlarının əksəriyyəti qrant ayırır. Maraqlısı odur ki, həmin ölkənin qeyri-hökümət təşkilatlarının sayı Azərbaycandakından qat-qat çoxdur. Vətəndaş Cəmiyyəti sisteminin inkişafı üçün şəffaf maliyyə çevrəsinin geniş olması vacib faktordur.

Azərbaycanda da bu təcrübədən yararlanmaq məqamıdır.

İctimai təşkilat maliyyə vəsaiti üçün yalnız AR Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasına üz tutmamalıdır. Digər nazirliklərin, şirkətlərin bu işə qoşulması zəruridir. Həmin qurumların  innovativ layihələrə vəsait ayırması Azərbaycan cəmiyyətinin, dövlətinin xeyirinə olar. Azərbaycanın iqtisadiyyatındakı inkişaf, gəlirlərin artması bu işləri görməyə problem yaratmır.

Deməli, burada səmimi istək, vətəndaşlıq mövqeyinin güclü olması yetərlidir. Maliyyənin əhatə dairəsi genişləndikcə şəffaflıq, məsuliyyət və ən əsası QHT-nin effektiv fəaliyyəti artar. Görülən işlərin də praktik nəticəsi olar. Təbii ki, bu  gün QHT-nin potensialından düzgün istifadə etmək  ən məqbul variantdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu