Modern.az

Şuşada beynəlxalq festival keçiriləcək

Şuşada beynəlxalq festival keçiriləcək

29 Aprel 2022, 18:36

Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.

 

Qeyd edilib ki, festival 5-8 may tarixlərində Şuşada baş tutacaq. Festivalda Azərbaycan və dünya mətbəxindən təqdimatlar keçiriləcək.

 

Bundan başqa, Azərbaycan regionlarının və müxtəlif ölkələrin aşbazlarının canlı performansları, müxtəlif milli yeməklər, əyləncələr, sərgilər, yerli və xarici aşbazların ustad dərsləri nümayiş olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi