Modern.az

Paşinyan ermənilərə “Qarabağ Azərbaycandır” deməyi ÖYRƏDİR

Paşinyan ermənilərə “Qarabağ Azərbaycandır” deməyi ÖYRƏDİR

Qarabağ

5 May 2022, 15:14

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxışı zamanı Qarabağın Azərbaycanın olduğunu bir daha ermənilərin yadına salıb. Müxalifətin Qarabağ nizamlanması ilə bağlı ittihamlarına cavab verən Baş nazir ölkənin sabiq rəhbərlərinin günahkar olduğunu vurğulayıb.

 

“Danışıqlar prosesi 2018-ci ilin aprelində parlamentin tribunasında danışan eks-prezident Serj Sarkisyan tərəfindən iflasa uğradılıb. Üçüncü prezident deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etmək lazım deyil. Ermənistan Madrid prinsipləri deyilən danışıqlara razılıq verib. Siz Qarabağın Azərbaycanın tərkibində olmasını tanımısınız” - Paşinyanın bu sözləri müxalifət təmsilçilərini hiddətlənib. Nəticədə iqtidar və müxalifət nümayəndələri arasında mübahisə düşüb. 

 

Ermənistan baş nazirinin Qarabağın Azərbaycan torpağı olduğunu xatırlatması nədən xəbər verir? Nikol bununla kimlərə mesaj ötürür?

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə hesab edir ki, Paşinyan Qarabağ etirafları ilə rəhbərlik etdiyi komandanın siyasi mövqeyinin dəyişilməz qaldığını göstərməyə çalışır:

 

“Onun siyasəti cəmiyyətin, o cümlədən nümayişə çıxan insanların gözünü açmaqdan ibarətdir. Paşinyan düşündüyü reallıqları xalqa aşılamaq istəyir. Belə etirafları ilə cəmiyyəti mitinqlərdən çəkindirməyi hədəfləyir. Düşünürəm, Paşinyan demək istəyir ki, keçmiş iqtidar da vaxtilə Qarabağın Azərbaycanın tərkibində qaldığını dolayı yollarla etiraf edib”.

 

İ.Vəlizadə Paşinyanın Madrid prinsipləri barədə çıxışına toxunaraq, bunun mahiyyətini belə izah edib:

 

“Paşinyan bu prinsiplərdən çıxış edərək Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Madrid prinsiplərinə görə, məsələ qeyri-müəyyən dövrə qədər uzadılır və öz prespektivini hansısa formada tapmalıdır. Qarabağla bağlı referendum və səsvermə keçirilməsi barədə Madrid prinsiplərində bənd var. Amma səsvermənin keçirilmə şərtlərini gələcək zamanlarda tərəflər müəyyənləşdirməlidir. Məhz belə bir vaxtda Paşinyanın bu çıxışı onu göstərir ki, Ermənistan tərəfi Qarabağın Azərbaycan ərazisində qalmasını təsdiq edir və bu reallığı qəbullanır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi