"Azərbaycan Qarabağda böyük işlər görür".
Modern.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ADA Universitetində “İtaliya dizayn günü” mövzusunda keçirilən tədbirdə deyib.
"Bu prosesdə yüzlərlə kənddən söhbət gedir. Amma minalar böyük problem yaradır. Bizə italiyalı həmkarlarımız da kömək edir. Qarabağın şəhərsalma planı yekunlaşmaq üzrədir. Azərbaycan burada böyük layihələr həyata keçirir", - komitə sədri vurğulayıb.