Modern.az

Qarabağda baş planların hazırlanmasına 25 milyon ayrılıb

Qarabağda baş planların hazırlanmasına 25 milyon ayrılıb

25 May 2022, 12:02

Ötən il işğaldan azad edilmiş şəhərlərin baş planlarının hazırlanması üçün 25 milyon manat vəsait ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zaman bildirib.

 

Nazirin sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə ümumilikdə 2,2 milyard manat nəzərdə tutulub:

 

"Müvafiq istiqamət üzrə ilin sonuna icra edilmiş məbləğ 2,178 milyard manat olub ki, bu da təsdiq edilmiş göstəricinin 99 %-nə bərabərdir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi