Modern.az

Lavrov Qarabağın Fərrux kəndindən danışdı

Lavrov Qarabağın Fərrux kəndindən danışdı

Qarabağ

9 İyun 2022, 15:12

Qarabağın Fərrux kəndindəki vəziyyət Rusiya sülhməramlılarının yaxından diqqət mərkəzindədir.

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.


"Fərruxdakı vəziyyətə gəlincə, bu, Rusiya hərbçiləri üçün prioritet məsələdir və erməni dostlar bundan xəbərdardırlar. Artıq vəziyyətin deeskalasiyası baxımından yerlərdə müəyyən nəticələr var", - Lavrov bildirib.


Onun sözlərinə görə, belə bir anlayış var ki, delimitasiya üzrə qarşıda duran əsaslı işlərin bir hissəsi kimi bu məsələlərə baxılacaq və həll olunacaq.


Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan hərbçiləri martın 24-dən sonra mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi nəticəsində Xocalının Fərrux kəndinə nəzarəti ələ keçirib, bu yaşayış məntəqəsi ətrafındakı Fərrux dağında (1145 metr)  – oradakı Daşbaşı yüksəkliyində (1050 metr) mövqe tutub.

Bu, Ermənistanı və Qarabağdakı separatçıların ciddi təşvişinə səbəb olub. Erməni tərəfi dəfələrlə Rusiya hərbçilərindən məsələyə müdaxilə etməyi xahiş etsələr də, Azərbaycan Ordusunun bölmələri Fərruxdakı mövqedən geri çəkilməyib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi