Modern.az

Rusiyadan Qarabağ AÇIQLAMASI: 27 məntəqədə nəzarət olunur

Rusiyadan Qarabağ AÇIQLAMASI: 27 məntəqədə nəzarət olunur

Qarabağ

11 İyun 2022, 10:01

Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 

Qeyd olunur ki, Rusiya sülhməramlıları 27 nəzarət-buraxılış məntəqəsində gecə-gündüz vəziyyətə və atəşkəs rejiminə nəzarət edir.
 

Məlumata görə, son sutkada Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb.


Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri minalardan təmizlənmə işini də davam etdirir və daha 1 hektar ərazi təmizlənib.
 

“Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”, - deyə məlumatda bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi