Modern.az

İqtidar və müxalifət nümayəndələri birgə Şuşaya gedir 

İqtidar və müxalifət nümayəndələri birgə Şuşaya gedir 

Qarabağ

14 İyun 2022, 17:30

Sabah Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda konfrans keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Azərbaycan və Türkiyə rəsmiləri iştirak edəcəklər. 

 

Artıq qardaş Türkiyədən gələn rəsmilər və Azərbaycan nümayəndələrinin Şuşaya səfəri baş tutub. 

 

Konfransda, həmçinin Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvləri, digər siyasi partiyaların rəsmiləri, deputatların da iştirakı planlaşdırılır. Sabahkı tədbir üçün Milli Məclisin deputatları artıq Şuşaya yola düşüblər.   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi