Modern.az

Şuşada xüsusi teleqüllə inşa ediləcək

Şuşada xüsusi teleqüllə inşa ediləcək

Qarabağ

9 İyul 2022, 13:44

"Artıq Şuşada 5 tarixi abidədə bərpa işləri yekunlaşıb. Hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır".

 

Modern.az xəbər verir ki, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

 

A.Kərimov bildirib ki, bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri də şəhərdə 960 şagirdlik məktəbin inşasıdır.

 

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi teleqüllənin inşasına başlanılacaq.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi