Modern.az

Şuşa ilk sakinlərini bu tarixdə QƏBUL EDƏCƏK

Şuşa ilk sakinlərini bu tarixdə QƏBUL EDƏCƏK

9 İyul 2022, 13:49

“Gələn ilin sonunda biz ilk sakinlərimizi qəbul edəcəyik və onlara evlərinin açarlarını təhvil verəcəyik”.

 

Modern.az  xəbər verir ki, bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

 

Prezidentin xüsusi nümayəndəsi qeyd edib ki, Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb.

 

 A.Kərimov vurğulayıb ki, başlıca məqsəd keçmiş məcburi köçkünlərin ən qısa zamanda doğma yurd-yuvalarına qayıtmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi