Modern.az

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatdı

Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatdı

Qarabağ

18 İyul 2022, 17:36

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iyulun 18-də başa çatıb.

 

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Ursula Fon der Lyayeni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola salıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!