Modern.az

Zəngilana köç davam edəcək - Vahid Hacıyev

Zəngilana köç davam edəcək - Vahid Hacıyev

Qarabağ

19 İyul 2022, 08:51

"Bu gün tarixi hadisənin - Qarabağa böyük qayıdışın, sakinlərin ilk köçürülməsinin şahidi oluruq".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

 

V.Hacıyev qeyd edib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib:

 

"Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir. Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıll”ı kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir".

 

"Hazırda ümumilikdə Ağalı kəndinin 1 457 sakini var. Onlarda 1 357 nəfəri bu kəndə yaşamaq niyyətini bildiriblər. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçürülür. Ümumilikdə isə 201 nəfər növbəti 5 gün ərzində Ağalıya köçürüləcək", - xüsusi nümayəndə qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi