Modern.az

Qarabağa səfərlərə MƏHDUDİYYƏT - Bu şəxslər gedə bilməz!

Qarabağa səfərlərə MƏHDUDİYYƏT - Bu şəxslər gedə bilməz!

Qarabağ

3 Avqust 2022, 13:48

Azərbaycanda olan xarici vətəndaşların işğaldan azad edilmiş ərazilərə turistik səfərləri təşkil olunmur.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırda işğaldan azad olunmuş bölgələrə xarici ölkə vətəndaşlarının yalnız işgüzar səfərləri həyata keçirilir.

 

Qeyd edək ki, əcnəbi turistlər fərdi şəkildə Qarabağa təşkil edilən avtobus səfərlərindən də istifadə edə bilməzlər. Belə ki, www.yolumuzqarabaga.az portalı üzərindən həyata keçirilən avtobus səfərlərinə ancaq Azərbaycan vətəndaşları bilet ala bilərlər. 

 

Onu da xatırladaq ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etmək istəyənlər arasında xeyli sayda əcnəbi turistlər də var. Lakin onlar hələlik Qarabağa səfər imkanından yararlana bilmirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu