Erməni əsilli milyarder Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edir.
Modern.az xəbər verir ki, bu barədə erməni iş adamı özü bildirib.
Riskli addım atmağa hazırlaşdığını deyən Vardanyan Rusiya vətəndaşlığından imtina etmək və Ermənistan vətəndaşı kimi Qarabağa köçmək barədə qərar verdiyini deyib.
Qeyd edək ki, Ruben Vardanyan “Troyka Dialoq” investisiya şirkətinin təsisçisidir. Onun 1 milyard dollardan çox sərvətə sahib olduğu bildirilir.