Modern.az

Ağalıya köçün NÖVBƏTİ MƏRHƏLƏSİ - Daha 125 nəfər müayinəyə cəlb olundu

Ağalıya köçün NÖVBƏTİ MƏRHƏLƏSİ - Daha 125 nəfər müayinəyə cəlb olundu

Qarabağ

2 Sentyabr 2022, 11:52

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zəngilan rayonunun Ağalı kəndinə növbəti mərhələdə köçürülən ailələrin tibbi müayinələrinə başlayıb.

 

Bu barədə TƏBİB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, tibbi müayinələr TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanası, 2 nömrəli Şəhər Poliklinikası (Nərimanov rayonu) və 12 saylı Şəhər Poliklinikasında (Sabunçu rayonu) aparılır.

 

Ümumilikdə, 25 ailənin (125 nəfər) biokimyəvi laborator analizləri, ultrasəs (USM), elektrokardioqrafiya (EKQ) və ağciyərlərin rentgenoqramması (flüoroqrafiya) müayinələri həyata keçirilir.

 

Müayinələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və TƏBİB arasında əməkdaşlıq çərçivəsində reallaşdırılır.

 

Əsas məqsəd işğaldan azad olunan ərazilərə köçürüləcək şəxslərin ümumi sağlamlıq vəziyyətlərinin müəyyən edilməsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi