Modern.az

“Elə etməliyik ki, Ermənistanın iyrəncliklərinə ermənilər əbədi təzminat ödəsinlər” - ÇAĞIRIŞ

“Elə etməliyik ki, Ermənistanın iyrəncliklərinə ermənilər əbədi təzminat ödəsinlər” - ÇAĞIRIŞ

Qarabağ

10 Sentyabr 2022, 11:00

“İğaldan azad edilmiş bölgələrdə şəhərlər, kəndlər, mədəniyyət və tarixi abidələr, qəbiristanlıqlar, körpülər - bir sözlə, hər şey yerlə yeksan edilib. Meşələrdə ağaclar kəsilib, bulaqlar dağıdılıb. XXI əsrdə belə iyrənc əmələrə imza atan Ermənistan mütləq Azərbaycan tərəfindən maddi təzminatla bağlı beynəlxalq məhkəmələrə verilməlidir. Bu işdə insanlarımız da fəal olmalı, dövlətimizə kömək etməlidirlər”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Kəlbəcərdən səfərdən qayıtmış Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, sabiq millət vəkili Flora Qasımova söyləyib.

 

Onun sözlərinə görə, Ermənistanın üzərinə elə bir maddi təzminat qoyulmalıdır ki, bu, gələcəkdə ermənilərin boynundan dəyirman daşı kimi asılsın:

 

“Kəlbəcərdə gördüklərimdən bir daha dəhşətə gəldim. İşğaldan azad edilmiş bütün rayonlarımız biri-birinə oxşayır. Hər addımda erməni vəhşiliyi görünür.

 

 Təsəvvür edirsinizmi, qəbirləri dağıdıb ölülərin qızıl dişlərini qənimət kimi ələ keçirmək nə deməkdir? Bulaqları dağıtmaq, kor etmək nə deməkdir? Min illərdən bəri qorunub saxlanan tarixi, mədəni abidələri dağıtmaq  nə deməkdir? İndiki dünyada buna nə ad vermək olar? Ermənistan bunun bədəlini mütləq ödəməlidir. Bilirik ki, indi qoyulacaq təzminatı ödəmək Ermənistanın gücü deyil. Orada insanlar səfalət içindədir. Budur Ermənistanın öz insanlarına yaşatdıqları. Bu, yalnız bu günlə bitmir.

 

Ermənistanın törətdikləri barbarlıq ermənilərin gələcək nəsillərinə Ermənistandan miras qalacaq. Onlar əbədi olaraq təzminat ödəyəcəklər”.

 

Flora Qasımova vurğulayıb ki, bu məsələdə xaricdə yaşayan soydaşlarımız da böyük işlər görə bilərlər: 

 

"Biz son illər Diasporla İş üzrə Dövlət Komitəsinin çox yaxşı işlədiyinin şahidiyik. Ona görə də təzminat məsələsində Dövlət Komitəsindən gözləntilərimiz böyükdür. Bütün dünyaya çatdırmalıyıq ki, biz belə bir vəhşiliklə üz-üzə qalmışıq.

 

Jurnalistlərimizin üzərinə də bu istiqamətdə böyük məsuliyyət düşür. Bütün beynəlxalq təşkilatları da bu işə cəlb etməliyik. Siz təsəvvür edin, bütün bu iyrəncliklərin sahibləri indi yenə də revanşist siyasətə əl atırlar. Utanmadan bizi nədəsə ittiham etməyə çalışırlar.  

 

Fikirlərimi ümumləşdirib onu demək istəyirəm ki, biz Ermənistanın bu iyrənc hərəkətini əbədi olaraq dünya tarixinə həkk etməliyik. Mən bütün azərbaycanlıları bu istiqamətdə fəal olmağa çağırıram”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu