Modern.az

Ermənilər: “Azərbaycan güclüdür, sülhdən başqa yolumuz qalmayıb”

Ermənilər: “Azərbaycan güclüdür, sülhdən başqa yolumuz qalmayıb”

Qarabağ

10 Sentyabr 2022, 17:03

Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh danışıqlarının davam etdiyi məqamda sadə vətəndaşların sülhə hazır olub-olmadıqları maraq doğurur. Ermənistan mətbuatına nəzər salsaq görərik ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətlə üzləşən ermənilərin sülhlə bağlı düşüncüləri stabil deyil. Onların arasında sülh istəyənlər də var, buna qarşı çıxanlar da...

 

Modern.az xəbər verir ki, “Armlur TV” internet kanalı Ermənistan vətəndaşları arasında sorğu keçirərək, onlardan sülh istəyib-istəmədiklərini soruşub.

 

Gözlənildiyi kimi, erməni vətəndaşların fikirləri bu dəfə də fərqli olub. Belə ki, ermənilərin bəziləri Azərbaycanı düşmən hesab etdiklərini, xalqların sülh şəraitində yaşamasının mümkün olmadığını deyiblər.

 

Ermənistan vətəndaşlarından biri “əgər dinc yaşaya bilsəydik, Naxçıvanı itirməzdik”, - deyə fikir bildirib.

 

Lakin sorğuda iştirak edən orta və yaşlı nəslin nümayəndələri isə sülh şəraitində yaşamaqdan başqa çıxış yollarının qalmadığını vurğulayıblar.

 

“Azərbaycandan güclü olmadığımız üçün başqa çarəmiz yoxdur. Sülh müqaviləsi bağlanacağı təqdirdə rahat yaşayacağıq”, - digər respondent deyib. 

 

Yaşlı ermənilər SSRİ dövründə Azərbaycana rahat şəkildə gedib-gəldiklərini, heç bir problemlə üzləşmədiklərini, hətta azərbaycanlılarla dostluq etdiklərini etiraf ediblər. Onlar müharibənin artıq geridə qaldığını qeyd edərək, tezliklə sülhün təmin edilməsinin vacibliyini dilə gətiriblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı