Modern.az

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - Arayik də iştirak edib

Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı - Arayik də iştirak edib

15 Sentyabr 2022, 16:00

Baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) genişləndirilmiş iclası keçirilib.


Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasda TŞ üzvlərindən başqa, ölkə prezidenti Vaaqn Xaçaturyan, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, parlamentin spikeri Alen Simonyan, baş nazirin Aparat rəhbəri Arayik Arutyunyan, parlamentin vitse-prezidenti Ruben Rubinyan, “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan da iştirak ediblər.

İclasda Azərbaycanın Ermənistanla sərhəddə təxribatlara cavab olaraq həyata keçirdiyi hərbi əməliyyat və onun nəticəsində yaranmış vəziyyət, o cümlədən Ermənistan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması istiqamətində görüləcək addımlar müzakirə edilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?