Modern.az

MHP lideri: Qarabağ ata yadigarıdır

MHP lideri: Qarabağ ata yadigarıdır

Qarabağ

19 Sentyabr 2022, 10:48

Qarabağ Azərbaycandır! Qarabağ ata yadigarıdır, ata yurdudur. Can qardaşlarımız nə zaman, hansı məqamda istərlərsə onlarla çiyin-çiyinə olarıq, ətdən divar hörərik. Ankara ilə Bakının taleyi birdir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Kayseri şəhərində keçirilən mitinqdə səsləndirib. 

 

"Türkü türkdən ayıra biləcək nə bir sərhəd, nə də bir əngəl var. Türkiyə sonadək Azərbaycanla həmrəylik içindədir”, - deyə MHP lideri bildirib. 

 

Azərbaycan xalqına başsağlığı verən Dövlət Bağçalı vurğulayıb ki, torpaqların bütövlüyü uğrunda canını fəda edən şəhidlərin intiqamı alınacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?