Arxiv
21 Sentyabr 2022, 13:38 | QARABAĞ
Kamran Əliyev Qarabağdakı prokurorlara TAPŞIRIQLAR VERDİ
Kamran Əliyev Qarabağdakı prokurorlara TAPŞIRIQLAR VERDİ

Ağdam şəhərində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilir.


Modern.az xəbər verir ki, əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Kamran Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş dövlətçilik kursunun alternativsiz davamçısı, “Qarabağ Azərbaycandır” ifadəsini milli was mübarizəmizin rəmzinə çevirən möhtərəm Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dayanıqlı tərəqqisinin təmin olunduğunu diqqətə çatdırıb. 


Şanlı tariximizin ən parlaq səhifələrindən olan Vətən Müharibəsi Zəfərinin ölkəmizin regionda və dünyada mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdiyi bildirilməklə Dövlət başçısının bilavasitə rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə reallaşan müxtəlif istiqamətli layihələrin, strateji infrastruktur obyektlərinin açılışının Qarabağ və Şərqi Zəngəzuru yenidən həyata qaytaracaq “Böyük Qayıdış”ın əsasını qoyduğu qeyd edilib.


Müşavirədə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinin, döyüşlər zamanı yaralanan qazilərin, eləcə də müharibə iştirakçılarının Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna qayğısı ilə əhatə olunduqları xüsusi vurğulanıb, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə yeni evlərin və mənzillərin verilməsi, onların maddi-sosial problemlərinin aradan qaldırılması və təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” fondunun həyata keçirdiyi tədbirlərin önəmi diqqətə çatdırılıb.


Bildirilib ki, Azərbaycan Respublikası Prokurorluğu orqanları da Vətən müharibəsi gedişində cəmiyyətimizlə bərabər səfərbər olaraq səlahiyyətləri daxilində üzərlərinə düşən vəzifələri uğurla yerinə yetirməklə döyüş əməliyyatlarının aparıldığı şəraitdə qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə zəruri istintaq hərəkətləri həyata keçiriblər.


Müşavirədə prokurorluq orqanları tərəfindən digər qurumlarla əlaqəli şəkildə ölkə başçısının “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr tarixli Fərmanından və bu istiqamətdə tapşırıqlarından irəli gələn vəzifələrin icrasının diqqət mərkəzində saxlandığı qeyd edilməklə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yaradılmış işğal nəticəsində vurulmuş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması üzrə Dövlət Komissiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyətində yaxından iştirakın təmin edildiyi bildirilib.


Əməliyyat müşavirəsində prokurorluğun fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyi diqqətə çatdırılmaqla prokurorluq orqanlarının daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğu qeyd edilmiş, ölkə başçısının sərəncamı ilə yaradılmış yeni hərbi prokurorluqların qısa zamanda fəaliyyətə başlamasının mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.


Baş prokuror xüsusi vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun yenidən həyata qaytarılmasına dair dövlət siyasətinin həyata keçirilməsində işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluqlar tərəfindən qanunamüvafiq tədbirlər görülməklə hüquq qaydasının möhkəmləndirilməsi, prokuror təsir tədbirlərindən istifadə etməklə aidiyyəti dövlət qurumları ilə birlikdə aparılan quruculuq işlərinə səlahiyyətləri daxilində dəstək göstərilməsi istiqamətində zəruri işlərin görülməsi təmin olunmalıdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün Kürdəmirdə DƏHŞƏT - Ər arvadına 20 bıçaq vurdu 14:48, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Jurnlistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün Azərbaycanın dünyada nüfuzu daha da güclənir 13:00, Bu gün Kadırov 3 oğlunu müharibəyə GÖNDƏRİR 12:56, Bu gün “Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ 12:52, Bu gün Rusiyada əcnəbilərin hərbi xidmətə götürülməsi üçün məntəqələr açıldı 12:48, Bu gün Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI 12:44, Bu gün Ombudsmandan hərbçilərin videosu ilə bağlı ÇAĞIRIŞ 12:40, Bu gün Maqnit qasırğası davam edəcək 12:36, Bu gün