Arxiv
21 Sentyabr 2022, 19:50 | QARABAĞ
Şuşa və Ərzurum şəhərləri qardaşlaşdı
Şuşa və Ərzurum şəhərləri qardaşlaşdı

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Ərzurum Böyükşəhər Bələdiyyəsi arasında iki dost və qardaş ölkə kimi strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu nəzərə alaraq qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.

 

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, protokol qardaşlaşmış şəhərlər arasında mədəni, sosial və iqtisadi münasibətləri, həmçinin dostluq və qardaşlıq əlaqələrini təşviq etmək və birgə fəaliyyət sahələrini genişləndirməyi əsas tutur.

 

 

Tərəflər arasında birgə proqram, layihələr, qarşılıqlı səfərlərin təşkili, habelə təcrübə və məlumat mübadiləsi, bərabərlik, dostluq, qardaşlıq və ümumi maraq prinsiplərinə uyğun olaraq, incəsənət, mədəniyyət, turizm, elm, ticarət və informasiya texnologiyaları sahələrində əməkdaşlıq nəzərdə tutulub.

 

Sənədi Ərzurumda səfərdə olan Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov və Ərzurum Böyükşəhər Bələdiyyəsinin başçısı Mehmet Sekmen imzalayıblar.

 

Tədbirdən sonra Ərzurum valisi Okay Memişlə də görüş baş tutub. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qardaşlaşmış şəhərlər protokolunun ilk dəfə Ərzurum ilə imzalanmasının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Bildirib ki, bu il Azərbaycanda Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunubdur. Gələn il isə Şuşa şəhəri TÜRKSOY-un qərarı ilə Türk dünyasının mədəniyyət paytaxtı elan edilmişdir. Buna görə də Türk dünyasının mərkəzlərindən biri sayılan Ərzurum ilə mədəni, siyasi və iqtisadi əlaqələrin qurulması vacibdir.

 

Ərzurum valisi Okay Memiş Şuşanın bütün türk dünyasının qəlbində xüsusi yer tutduğunu qeyd edərək, əziz Şuşa ilə istənilən tədbir və birgə fəaliyyətlərin başlanmasını valilik üçün mühüm missiya olduğunu bildirib.

 

Daha sonra Məftun Abbasov ilə Ərzurum Atatürk Universiteti və Ərzurum Texniki Universitetinin rektorları arasında görüş baş tutub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin aparılması haqqında ətraflı danışılıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
İran od tutub yanır - Xalq üsyanı genişlənir
Prezident təqaüdçüsü olan ağdamlı bacılar: “Biz həm də tələbə yoldaşıyıq” 15:37, Bu gün Sabiq rəis vətəndaşı 5500 manata FHN-də "işə düzəldirmiş" 15:34, Bu gün Kürdəmirdə DƏHŞƏT - Müəllim arvadına 20 bıçaq vurdu - YENİLƏNİB 15:26, Bu gün İnam Kərimovdan yeni TƏYİNATLAR 15:18, Bu gün Qurban Qurbanovun aylıq maaşı MƏLUM OLDU  15:14, Bu gün BMU-nun tələbəsi Prezident təqaüdünə layiq görüldü 15:10, Bu gün Masallı xəstəxanasının direktoruna yeni vəzifə verildi 15:06, Bu gün İçərişəhərin Qala divarları vandalizm izlərindən təmizlənib 15:03, Bu gün Azərbaycan-İran sərhədində əməliyyat - FOTO 15:00, Bu gün Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI 14:56, Bu gün Prezident təqaüdünə layiq görülənlərdən ikisi bacıdır 14:52, Bu gün 90 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 14:44, Bu gün Ekspert nazirlə RAZILAŞMADI - "Qəbuldakı yüksək nəticə özəl sektorun hesabınadır" 14:40, Bu gün Əliyar Əliyevin şəhadət günü - Məzarı ziyarət olundu 14:36, Bu gün Londonda həmyerlimizin rəhbərlik etdiyi şirkət “İlin hüquq şirkəti” seçilib 14:32, Bu gün Elnur Məmmədli təltif edildi - SƏRƏNCAM 14:28, Bu gün Bakıda kibertəhlükəsizlik mövzusunda sammit keçirilib - FOTOLAR 14:24, Bu gün Böyük inkişafa aparan yolun başlanğıc tarixi 14:20, Bu gün Ömər Faiq Nemanzadənin yubileyi qeyd ediləcək 14:16, Bu gün Xanım jurnalistə AzTV-də vəzifə verildi 14:12, Bu gün Prezident onları TƏLTİF ETDİ 14:08, Bu gün ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdıracaq 14:04, Bu gün “Böyük Qayıdış” Cəbrayıldan başlayıb 14:00, Bu gün “Müəllimlər sinif otaqlarını icarəyə götürür” - Deputat 13:56, Bu gün Ukraynada 239 uşaq itkin düşüb 13:52, Bu gün Bakı İrəvandan bunları tələb edir - Paşinyanın arvadının qəzeti 5 tələbi DƏRC ETDİ 13:48, Bu gün AFFA sabah millimizin baş məşqçisi ilə bağlı qərar verəcək 13:44, Bu gün Öldüyü deyilən Xamenei açılışda - FOTO 13:40, Bu gün İnam Kərimov Neftçalada vətəndaşları qəbul edəcək 13:36, Bu gün 80 minədək Rusiya vətəndaşı Gürcüstana qaçıb 13:33, Bu gün PKK liderlərindən biri məhv edildi 13:30, Bu gün Bu sahələr üzrə Nobel mükafatı qaliblərinin adları açıqlandı 13:27, Bu gün “Qızıl Xaç”ın nümayəndəsi Azərbaycandakı ermənilərdən danışdı 13:24, Bu gün Azad edilmiş ərazilərdə daha 2442 mina aşklarlandı 13:20, Bu gün Azərbaycan XİN-dən Almaniyaya təbrik 13:18, Bu gün Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı 13:16, Bu gün Bakıda məktəbəhazırlıq qruplarında oxuyan şagirdlərin SAYI 13:12, Bu gün Əfsanəvi aktrisa haqqında serial çəkiləcək 13:08, Bu gün Sabah 32 dərəcə İSTİ olacaq 13:04, Bu gün