Modern.az

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

Şuşaya ilk olaraq bu şəxslər köçürüləcək

Qarabağ

27 Sentyabr 2022, 11:56

“Artıq Şuşada yaşayış binasının tikintisinə başlanılıb. Prezidentin xüsusi nümayəndəsi bu işlərlə məşğuldur”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov deyib.

 

O bildirib ki, burada əhali ilə Şuşa Rayon İcra Hakimiyyəti işləyir.

 

“Yəqin ki, ilk olaraq qəzalı binalarda yaşayan sakinlər Şuşaya köçürüləcək”, - icra başçısı qeyd edib.

 

O, Şuşa RİH-in binasının Şuşaya nə zaman köçürülməsi məsələsinə də münasibət bildirib. Bayram Səfərov qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-in binası o zaman Şuşaya köçürüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı