Modern.az

Arayik Rusiyadan Qarabağa köçən milyarderə “vəzifə” verdi

Arayik Rusiyadan Qarabağa köçən milyarderə “vəzifə” verdi

4 Oktyabr 2022, 12:16

Qarabağdakı separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan bir müddət öncə Rusiyadan Xankəndiyə köçmüş milyarder Ruben Vardanyanla görüşüb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Arayik Arutyunyan Ruben Vardanyana Qarabağdakı separatçıların “dövlət naziri” vəzifəsini tutmağı təklif edib.


“Mən xeyriyyəçi, yüksək təcrübəli və bilikli ictimai xadim Ruben Vardanyana “Artsax respublikasının dövlət naziri” vəzifəsini tutmağı təklif etdim və ona geniş səlahiyyətlər verməyə hazıram”,-deyə separatçıların başçısı söyləyib.


A.Arutyunyanın sözlərinə görə, indi o, təkliflə bağlı Ruben Vardanyanın qərarını gözləyir.

“Ümid edirəm ki, yaxın həftələrdə əməkdaşlığa başlayacağıq”, - o bildirib.

Ruben Vardanyan hazırda həmin “vəzifə”ni icra edən Artak Beqlaryanı əvəz edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir