Edilli kəndində yeni qazıntı işləri aparılacaq - Dövlət Komissiyası

Edilli kəndində yeni qazıntı işləri aparılacaq - Dövlət Komissiyası

5 Oktyabr 2022, 10:54

Dövlət başçısının tapşırığı əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxaql Qızıl Xaç Komitəsi ilə birlikdə fevral ayından etibarən əsir və girov götürülən, itkin kimi siyahıda olan vətəndaşların axtarışına başlayıb.


Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun böyük məsləhətçisi Namiq Əfəndiyev bildirib.
 

O qeyd edib ki, axtarışlara ilk olaraq Xocavənd rayonunun Edilli kəndində başlanıldı.


"Fevral ayında bu ərazidə 7 nəfərə aid qalıqlar aşkar edilərək tərəfimizdən kütləvi şəkildə götürülüb. Sentaybrın 14-dən başlayaraq burada qazıntı işləri davam etdirildi. Hazırda 5 tam, 1 qarışıq skelet tapılaraq tərəfimizdən götürülüb. Bundan əlavə 12 şəxsə aid kütləvi məzarlıq aşkar edilib. Onların geyim əşyalarından Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Qazıntı işləri yaxın günlərdə davam etdiriləcək", - deyə o əlavə edib.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı