İrəvan təzminat ödəməsə, Bakı hansı addımı atacaq…

İrəvan təzminat ödəməsə, Bakı hansı addımı atacaq…

5 Oktyabr 2022, 12:34

Polşa İkinci Dünya müharibəsində Almaniyanın bu ölkəyə vurduğu zərərə görə təzminat tələbini rəsmiləşdirib. Dəymiş zərərin həcmi 1,3 trilyon avro olaraq müəyyən edilib. Hazırda daha çox müzakirə edilən məsələlərdən biri isə Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə təzminat ödəməsi haqqındadır.

 

Dəfələrlə bununla bağlı məsələ qaldırılsa, beynəlxalq təşkilatlara və məhkəmələrə müraciət olunsa da, Ermənistanın hansısa şəkildə məsuliyyətə cəlb edilməsi reallaşmayıb.

 

Milli Məclisin deputatı Vüqar Bayramov bununla bağlı Modern.az-ın sualını cavablandırarkən qeyd edib ki, Polşanın müraciətindən əvvəl də dünya təcrübəsində oxşar nümunələr olub.

 

Deputat vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib.

 

Onun sözlərinə görə, dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa belə, bu, yüz milyard dollarlarla ölçülür:

 

 

“Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb. Körfəz Müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin isə 48.7 milyard dollarının ödənilməsinə artıq nail olunub.

 

Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir: əmlak və infrastruktura dəyən ziyan, insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəyən ziyan, iqtisadi nəticələrdən yaranan ziyan və insan inkişafına vurulan ziyan. Yaxın Şərqdəki münaqişələr zamanı dəyən ziyan qiymətləndirilərkən bəlli olub ki, Ümumi Daxili Məhsula (ÜDM) kumulativ ziyan infrastruktura və əmlaka vurulan ziyandan dəfələrlə çoxdur. Eyni zamanda, həmin ərazilərdə iqtisadi aktivliyin dayanmasının ciddi ziyan olduğu hesablanır. Məsələn, Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu du həmin ölkənin müharibədən əvvəlki illik ÜDM-dən 4 dəfə çoxdur".

 

"Bu baxımdan, dəymiş ziyanın məbləğinin hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir. Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir”, - deyə deputat qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandı