Modern.az

Qarabağ ermənilərinin təhlükəsizliyi təmin ediləcək - Prezident

Qarabağ ermənilərinin təhlükəsizliyi təmin ediləcək - Prezident

Qarabağ

14 Oktyabr 2022, 17:02

Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan konstitusiyasına uyğun olaraq təmin ediləcək.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MDB-yə üzv dövlət başçıları şurasının iclasında çıxışı zamanı deyib. 

 

"Praqada keçirilən görüşdə biz də bu məsələ ilə bağlı fikir mübadiləsi apardıq. Bizim mövqeyimiz sadə və aydındır. Qarabağ Azərbaycandır. Biz heç bir tərəflə daxili məsələlərimizi müzakirə etmək fikrində deyilik. Praqa görüşünün nəticələrindən başa düşdüyümə görə, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında heç bir ziddiyyət yaratmayıb", - dövlət başçısı vurğulayıb. 

 

Qeyd edək ki, oktyabrın 6-da Praqada Ermənistan və Azərbaycan liderlərinin, Fransa prezidentinin və Avropa İttifaqı Şurasının prezidentinin dördtərəfli görüşü keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi