Modern.az

“Ermənilərin yaydığı video mənə çox pis təsir etdi” - Milli Qəhrəmanın xanımı

“Ermənilərin yaydığı video mənə çox pis təsir etdi” - Milli Qəhrəmanın xanımı

Qarabağ

17 Oktyabr 2022, 16:48

Ermənilərin azərbaycanlılara məxsus məzarları dağıtmasını əks etdirən yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videonun Xankəndi şəhəri yaxınlığında lentə alındığı bildirilir. 

 

Məzarlığın dağıdılması videosunu Artur adlı erməni yayıb. Artur çəkiliş zamanı azərbaycanlılara məxsus qəbirləri də təhqir edib.

 

Sözügedən görüntülər barədə Modern.az-a danışan Milli Məclisin Xankəndidən seçilmiş sabiq deputatı, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova billdirib ki, ermənilərin azərbaycanlılara məxsus məzarlara qarşı qeyri-insani davranışı ona çox pis təsir edib.

 

“Ermənilər qəbiristanlığı ağır söyüşlərlə dağıdıblar. Mən erməni dilini bildiyim üçün orada nə deyildiyini başa düşürəm. Bu hərəkətlər bir daha göstərir ki, ermənilərlə sülh şəraitində yaşamağımız mümkün deyil. Bəzən deyirlər ki, guya sadə insanların buna aidiyyatı yoxdur. Ancaq dünən yayılan videoda hər şey aydın görünürdü. Ermənilərin hamısını oradan qovub, Ermənistanla Azərbaycan arasında hasar çəkilməyincə, bu vandallıq, düşmənçilik bitən deyil. Bizim şəhərimizi yerlə yeksan edib, soyqırımı törədiblər. Biz yenə deyirik ki, sülh danışıqlarına başlayaq. Bundan artıq onlara nə güzəşt etmək olar?! Ancaq bunun da xeyri olmayacaq. Sosial şəbəkələrdə yayılan bu görüntüləri ermənilərin gözünə soxmaq lazımdır”.

 

 

Sabiq deputat ermənilərin hələ 1988-ci ildə məzarlara qarşı vəhşilik törətdiklərini xatırladıb:

 

“1988-ci ildə həyat yoldaşım Şirin Mirzəyev Daxili Qoşunlarda xidmət etdiyi zaman Xankəndi şəhərinə getmişdi. O, atasının məzarını ziyarət etmək istəyəndə gözlənilməz mənzərə ilə qarşılaşıb. Görüb ki, azərbaycanlılara məxsus məzarların baş daşları sındırılıb. Atasının sınmış baş daşını Kərkicahan qəsəbəsində yaşayan bacısının evinə aparıb qoymuşdu. O, elə təsirlənmişdi ki, az qalsın ağlayacaqdı”.

 

F.Qasımova onu da vurğulayıb ki, onun valideynlərinin məzarı Xankəndidə deyil:

 

“Mənim anam əslən şuşalıdır. Onun ailəsi 1937-ci ildə repressiya zamanı Ağdama köçüb, orada yaşamalı olub. Xankəndidə ana tərəfindən heç kimin məzarı yoxdur. Atam da yetim olub. O da əslən Şuşanın Malıbəyli kəndindəndir. Xankəndidə onun da yaxınlarına məxsus qəbirlər yoxdur. Ancaq Şirin Mirzəyevin əmisi, əmisinin uşaqları, atası, qardaşının məzarları oradadır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi