Modern.az

Ermənilər müharibə hazırlığında - Mövqelərimizi ruslar atəşə tutur?

Ermənilər müharibə hazırlığında - Mövqelərimizi ruslar atəşə tutur?

Qarabağ

28 Noyabr 2022, 16:12

Son günlər qanunsuz erməni silahlı dəstələri Azərbaycan Ordusuna qarşı təxribatlar törətməkdə davam edir. Rusiya sülhməramlı qüvvələri müvəqqəti məsuliyyət zonalarında cəmləşən separatçıların qarşısını almaq əvəzinə, atəşkəsin pozulmasına birbaşa zəmin yaradırlar.

 

Azərbaycanın rəsmi qurumları dəfələrlə Rusiya tərəfinə öz etirazını bildirsə də, sülhməramlı adı altında Qarabağa göndərilən rus hərbçilər ermənipərəst mövqedən əl çəkmək istəmirlər. 

 

Buna səbəb nədir? Sülhməramlılar tərəfləri müharibəyə sürükləyir? 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, erməniləri məhz Rusiya sülhməramlı kontingenti ruhlandırır. Onun sözlərinə görə, erməni tərəfi ciddi şəkildə müharibəyə hazırlaşır:

 

 

"Ermənilər iki ildir ki, çox ciddi şəkildə müharibəyə hazırlaşırlar. Silah-sursatla təmin olunurlar. Buna da məhz 2020-ci ilin 10 noyabr tarixindən Qarabağın dağlıq hissəsinə daxil olmuş Rusiya sülhməramlıları tərəfindən şərait yaradılır. Rusiya sülhməramlı kontingenti əvvəldən bölgəyə gəlməməli idi. Bunlar 366-cı alayın xələfidirlər. Bəlkə də, bunlar 366-cı alaydan da betər fəsadlar törətməyə hazırdılar. Gəldikləri gündən erməniləri silahlandırmaqla, onlara istehkam hazırlamaqla, bir sözlə onları müharibəyə hazırlamaqla məşğuldur. Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən sülhməramlıların separatçıları silahla təmin etməsi barədə məlumatlar yayılıb. Ancaq təəssüflər olsun ki, bunun qarşısı alınmır".

 

Deputat vurğulayıb ki, erməni silahlı birləşmələri tezliklə Azərbaycan ərazilərindən çıxarılmalıdır:

 

"Onlar Laçın yolundan istifadə edirlər. Hansı ki, bu yol çox əlverişlidir. Ermənilər Laçın yolundan istifadə edərək, Azərbaycan ərazilərinə silah-sursat, yanacaq daşıyır, terrorçuları cəlb edirlər. Onlar hazır vəziyyətə gəliblər. Bir aydır ki, mövqelərimizi atəşə tuturlar. Biz onların hər gülləsinə top mərmisi ilə cavab verməliyik. Çünki terrorçular bizi sərhəddən yox, məhz öz ərazimizdən vururlar. Azərbaycandakı silahlı ermənilərin kökü kəsilmədikcə, vəziyyət düzələn deyil. Onların qarşısını sadəcə topla, raketlə almaq mümkündür. Bunu əslində, Rusiya sülhməramlıları etməliydi. Ancaq onlar bunu nəinki etmədilər, əksinə erməni separatçılarını gücləndirdilər. Ona görə də, biz atəşi açanın rus, yaxud erməni olduğuna fikir verməməliyik. Atəşin açıldığı nöqtələr amansızlıqla məhv edilməlidir. Bunu bizim əvəzimizə heç kim etməyəcək. Biz bunu etməsək, ermənilər daha da azğınlaşacaq".

 

 

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, separatçıların təxribatlarına cavab olaraq antiterror əməliyyatı həyata keçiriləcək:

 

"Antiterror əməliyyatının başlaması an məsələsidir. Hazırkı vəziyyət bunu açıq göstərir. Rusiya Federasiyası tərəfindən çox böyük oyun qurulur. Düzdür, bizdə də itki olacaq. Ancaq ən böyük itkini Ermənistan verəcək. Rusiyanın hoqqabazlığı yenə regionda münaqişəyə səbəb olacaq. 

 

Prezident İlham Əliyev hərbçilərlə görüşü zamanı Moskvadan göndərilən Ruben Vardanyanla danışıqlar aparılmayacağını bildirib. Həmin gün azı bir dəfə, daha sonra 5-6 dəfə atəşkəs pozuldu. Hələ də təxribatlar səngimir. Rusiya prezidenti Vladimir Putin artıq öz simasını tamamilə itirib. Ukraynada əsgərlərinin qırılması onun üçün problem deyil. Beləliklə, ermənilərin ölməsi də ona təsir etməyəcək".

 

Hərbi ekspert iddia edir ki, mövqelərimiz istiqamətində atəşi rus sülhməramlıları açıb:

 

"Sülhməramlıların nəzarətində olan ərazilərdən Azərbaycan Ordusunun bölmələrinə separatçıların atəş açmağa gücü yoxdur. Mən artıq inanmağa başlamışam ki, atəşkəsi pozan məhz Rusiya sülhməramlılarının özüdür. Rusiya sülhməramlılarının son hadisələrlə bağlı açıqlama verməməsi buna bariz nümunədir. Bilirlər ki, rəsmi məlumat versələr, ermənilər deyəcək ki, bunu biz etməmişik. Cinayəti törədən məhz Rusiya Federasiyasıdır. Demək olar ki, hər gün Rusiya sülhməramlıları tərəfindən ordumuzun bölmələri atəşə tutulur. Yəqin ki, 1 həftə-10 gün ərzində antiterror əməliyyatına başlanacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı